AZ

Azərbaycan İlahiyyat İnstitutunda qanvermə aksiyası keçirilib (FOTO)

Bakı. Trend:

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, QafqazMüsəlmanları İdarəsi, Səhiyyə Nazirliyi, Qeyri-HökumətTəşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Gənclər Fondu, Tibbi ƏraziBölmələrini İdarəetmə Birliyi, Respublika Qan Bankı, Azərbaycanİlahiyyat İnstitutu, Mənəvi Dəyərlərin Təbliği Fondu, Bakıİlahiyyat Kolleci, Milli QHT Forumu, Azərbaycan Qızıl AyparaCəmiyyəti və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgətəşkilatçılığı ilə Azərbaycan İlahiyyat İnstitutunda qanverməaksiyası keçirilib.

Bu barədə Trend-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindənməlumat verilib.

Bildirilib ki, aksiyada dövlət rəsmiləri, millət vəkilləri,qeyri-hökumət təşkilatlarının üzvləri, eləcə də 100-dək könüllü vəictimaiyyət nümayəndələri iştirak ediblər.

Aksiyaya qatılanlar qanvermə ənənəsinin əhəmiyyətinivurğulayıblar. Bu təşəbbüsün Aşura mərasiminin dərin mənəvi vəhumanist ruhunun çatdırılması, insanlar arasında həmrəyliyinaşılanması, yardımlaşmanın önəminin təşviq edilməsi baxımındanböyük rola malik olduğunu qeyd ediblər.

Respublika Qan Bankının xüsusi tibb briqadasının həkimhematoloqları tərəfindən həyata keçirilən qanvermə prosesindətoplanan qan hemofiliya və talassemiya, həmçinin digər xəstəlikdənəziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.

Xatırladaq ki, bu gün qanvermə aksiyaları Şuşa, Ağdam şəhərləri,Naxçıvan Muxtar Respublikası daxil olmaqla ölkəmizin müxtəlif şəhərvə rayonlarında təşkil edilib.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Seçilən
16
6
az.trend.az

10Mənbələr