Bakı.Trend:
Xaçmaz rayonunda Aşura günü qanvermə aksiyası keçirilib.
Trend xəbərverir ki, Xaçmaz Rayon Mərkəzi Xəstəxasında Aşura günü könüllüqanvermə aksiyası təşkil olunub. Sakinlər gün ərzində xəstəxanayayaxınlaşaraq qan veriblər.
Aksiyada Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev,YAP Xaçmaz Rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, yerlihüquq mühafizə orqanları rəhbərləri və sakinlər iştirakediblər.
Aksiya zamanı həkim-hematoloqlar tərəfindən hər bir donorunsağlamlıq imkanları əvvəlcədən müəyyənləşdirilib. Hərtərəfli tibbimüayinədən sonra onlardan qan götürülüb.
Toplanan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya,eləcə də qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadəolunacaq.