AZ

Azərbaycan-Özbəkistan münasibətləri qardaşlığa, strateji tərəfdaşlığa və müttəfiqliyə əsaslanır

Bakı. Trend:

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iyulun 2-dəAzərbaycana dövlət səfəri iki ölkə arasında münasibətlərin daha dadərinləşdirilməsi, o cümlədən, türk dünyasının həmrəyliyiningücləndirilməsi baxımından mühüm siyasi hadisə oldu. Bu səfərinolduqca yüksək siyasi atmosferdə keçməsi və dövlət başçılarınınsəmimi açıqlamaları Azərbaycanla Özbəkistanın qardaşlığını dünyayabəyan etdi. Bir daha təsdiq olundu ki, hər iki dövlətmünasibətlərin inkişafında və əməkdaşlıq əlaqələrində ortaq millivə etnik dəyərlərə böyük əhəmiyyət verir.

Azərbaycanın bütün türk respublikaları ilə əlaqələri yüksələnşkala üzrə inkişaf etməkdədir və bu sırada Özbəkistanlamünasibətlər xüsusi qeyd edilməlidir. Etno-milli kimliyə, ortaqdəyərlərə söykənən bu münasibətlərin tarixi isə qədimdir. ƏlişirNəvainin öz “Xəmsə”sini Nizami Gəncəvinin “Xəmsə”sindənilhamlanaraq qələmə alması, Məhəmməd Füzuli, İmadəddin Nəsimi kimimütəfəkkirlərin özbək ədəbi-mədəni və ictimai fikrində daimöyrənilməsi, Bakıda İçərişəhərdə Mərkəzi Asiyadan gələn tacirlərtərəfindən Buxara karvansarasının inşası Azərbaycan və özbəkxalqları arasındakı əlaqələrin tarixi keçmişindən xəbər verir.

Sovet hakimiyyəti illərində Azərbaycan və özbək xalqlarıarasında əlaqələr daha da inkişaf etmişdir. Xüsusən ədəbi-mədənimünasibətlərin güclənməsi iki xalqı bir-birinə daha yaxın etmişdir.Daşkəndin görməli yerlərindən birində dahi Azərbaycan şairi NizamiGəncəvinin abidəsi qoyulmuşdur. Bakıda isə Özbəkistanın böyükklassik şairi Əlişir Nəvainin heykəli ucaldılmışdır və paytaxtküçələrindən biri dünya şöhrətli hökmdar və alim Mirzə Uluqbəyinadını daşıyır. Özbək şairi, filosof Əlişir Nəvaininin demək olarki, bütün əsərləri Azərbaycan dilinə tərcümə edilmişdir.

Ümumiyyətlə, Azərbaycan və özbək xalqlarının bir-birinə yaxın vədoğma olduqlarını göstərən nümunələr saysız-hesabsızdır. Bununnəticəsidir ki, müstəqillik illərində iki dövlət və onlarınxalqları arasında əlaqələrin inkişafı daha geniş vüsət alaraq, yenikeyfiyyət mərhələsinə daxil olmuşdur. Ötən əsrin 90-cı illərindənbaşlanan yeni siyasi-diplomatik münasibətlərin uğurla inkişafetdirilməsində Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin vəÖzbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləriolmuşdur. Məhz onlar tərəfindən yaradılan möhkəm təməl üzərindəAzərbaycan-Özbəkistan əlaqələri sürətlə inkişaf etmiş, iki xalqınqardaşlığı möhkəmlənmişdir.

Azərbaycan-Özbəkistan əlaqələri son dövrlərdə daha da inkişafedərək strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə çatmışdır.Bu prosesdə Prezident İlham Əliyevlə Özbəkistan Prezidenti ŞavkatMirziyoyevin dostluğu həlledici rol oynayır. Bu dostluq iki ölkəliderlərinin dostluğu ənənəsinin layiqli davamıdır. Xüsusən son birneçə ildə edilən qarşılıqlı səfərlər həm dövlət başçıları, həm dəAzərbaycanla Özbəkistan arasındakı dostluğun və qardaşlığıntəcəssümünə çevrilmişdir. 2022-ci ildə Azərbaycan PrezidentininÖzbəkistana dövlət səfəri, 2023-cü ildə Özbəkistan PrezidentininAzərbaycana dövlət səfəri yüksək siyasi anlaşmanın və dərinqardaşlıq münasibətlərinin təntənəsi kimi tarixə düşmüşdür.

Prezident İlham Əliyevin 2024-cı il avqustun 23-də Özbəkistanaetdiyi növbəti dövlət səfəri isə əlaqələrdə tamamilə yenimərhələnin əsasını qoymuşdur. Belə ki, bu səfər zamanı imzalanan“Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasındamüttəfiqlik münasibətləri haqqında Müqavilə” iki qardaş dövlətinəlaqələrini müttəfiqlik səviyyəsinə yüksəltmişdir.

Bunlardan əlavə, Özbəkistan Prezidenti ötən il Şuşada keçirilənTürk Dövlətləri Təşkilatının birinci qeyri-rəsmi Zirvə görüşündə vəCOP29-da iştirak etmək üçün ölkəmizə səfər etmişdir. COP29çərçivəsində Bakıda Azərbaycan Özbəkistan və Qazaxıstan arasındayaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində stratejitərəfdaşlıq haqqında Sazişin imzalanması dövlətlərarasımünasibətlərdə yeni əməkdaşlığın əsasını qoymuşdur.

Onu da qeyd etmək yerinə düşər ki, dostluq və qardaşlıqmünasibətlərindən irəli gələrək Özbəkistan Azərbaycanın ərazibütövlüyünün təmin olunmasını hər zaman qətiyyətlə dəstəkləmiş,beynəlxalq təşkilatlar, ikitərəfli və çoxtərəfli görüşlərçərçivəsində bu barədə bağlı birmənalı mövqeyini ifadə etmişdir.Postsovet məkanında Özbəkistan yeganə ölkədir ki, məhz Azərbaycantorpaqlarının işğalına görə Ermənistanla diplomatik əlaqəqurmamışdır. Təsadüfi deyil ki, Vətən müharibəsində Azərbaycanınqazandığı Zəfər, torpaqlarımızın işğaldan azad edilməsi Özbəkistancəmiyyətində böyük sevinc hissi ilə qarşılanmışdır. Bu münasibətləPrezident Şavkat Mirziyoyev bir neçə dəfə Prezident İlham Əliyevitəbrik etmişdir. Özbəkistan dövlətinin dəstəyi ilə Füzuli rayonundainşa edilən məktəb binası da özbək xalqının Azərbaycanın Zəfəri iləbağlı sevincinin təcəssümüdür. Qarabağın bərpasında xarici dövləttərəfindən edilən ilk ərməğan olan bu məktəb iki ölkə arasındakıdostluğun rəmz, qardaşlığın ünvanıdır. Özbəkistanın Qarabağınquruculuğuna daha bir töhfəsi Xankəndidə “Businesstex JV” tikişfabrikinin yaradılmasıdır. Azərbaycan-Özbəkistan birgə müəssisəsiolan bu tikiş fabriki iki ölkə arasında uğurlu əməkdaşlığın simvoluolmaqla, ənənəvi dostluq və iqtisadi tərəfdaşlıq əlaqələrinininkişafına xidmət edir.

Prezident Şavkat Mirziyoyevin iyulun 2-də Azərbaycana dövlətsəfəri zamanı dövlət başçılarının görüşü, mətbuata bəyanatlar,Bakıda 5 hektarlıq ərazidə inşa ediləcək “Özbəkistan” parkınıntəməlini qoyulması, Azərbaycan-Özbəkistan Ali DövlətlərarasıŞuranın ikinci iclasının keçirilməsi, imzalanmış sənədlərinmübadilə edilməsi, Özbəkistanın Azərbaycandakı səfirliyinin Bakıdayeni binasının açılışı, “Sea Breeze” istirahət mərkəzi ilətanışlıq, iyulun 3-də isə prezidentlərin İqtisadi ƏməkdaşlıqTəşkilatının 17-ci Zirvə görüşündən əvvəl Xankəndi şəhərində tikişfabrikinin fəaliyyəti ilə tanış olmaları, Ağdamda Qarabağ atlarının“Zəfər” şousunu izləmələri, Şahbulaq qalasına getmələri bir dahaAzərbaycan-Özbəkistan qardaşlığının və dostluğunun təntənəsi oldu.Bakıda mətbuata bəyanatla çıxışında Prezident İlham ƏliyevÖzbəkistan Prezidentinin dövlət səfərinin layiqincə, qardaşlıq vəqarşılıqlı anlaşma ab-havasında keçdiyini bəyan edərək dedi:

«Bu gün Özbəkistan və Azərbaycan münasibətlərinin tarixindəəlamətdar gündür. Özbəkistan Prezidentinin dövlət səfəri layiqincə,qardaşlıq və qarşılıqlı anlaşma ab-havasında keçir. Bu gün biz həmikitərəfli görüş, həm də Dövlətlərarası Şuranın iclası çərçivəsindəikitərəfli qarşılıqlı fəaliyyət məsələlərinin geniş spektrinimüzakirə etdik, münasibətlərimizin strateji, müttəfiqlikxarakterini bir daha təsdiqlədik. Keçən il Daşkənddə Müttəfiqlikmünasibətləri haqqında Müqavilə imzaladıq. Bu, istənilən ölkələrinmünasibətlərində ən yüksək və əhəmiyyətli sənəddir. Biz artıq birildir ki, rəsmi müttəfiqik və bunu beynəlxalq arenada fəalqarşılıqlı fəaliyyətlə, qarşılıqlı dəstəklə, həmçinin bir çoxsahədə həyata keçirdiyimiz konkret plan və layihələrlə nümayişetdiririk».

Səfər zamanı mübadilə edilən sənədlər də özündə yüksək siyasimünasibətləri və qardaşlığı təcəssüm etdirdi. Müxətlif sahələriəhatə edən sənədlər dövlətlərarası hüquqi bazanı daha damöhkəmləndirdi.

Azərbaycanla Özbəkistanı bu gün ortaq dəyərlər və ortaq stratejimaraqlar birləşdirir. Bu mənada Prezident Şavkat MirziyoyevinAzərbaycana dövlət səfəri həm ikitərəfli əlaqələrin perspektivləri,həm ortaq maraqların realizə olunması, həm də bütövlükdə türkdünyanın birliyi baxımından yeni uğurlar vəd edir.

Xanlar Fətiyev,
Milli Məclisin deputatı

Məqalədə:
Seçilən
6
50
az.trend.az

10Mənbələr