AZ

Ərdoğandan Azərbaycan və Rusiya arasında gərginliyə reaksiya

Türkiyə Azərbaycan və Rusiya arasındakı gərginliyi yaxından izləyir və hər iki tərəfi təmkinli olmağa çağırır.

AzPost bildirir ki, bu sözləri prezident Rəcəb Tayyib Ərdoğan son gərginliyi jurnalistlərə şərh edərkən bildirib.

O deyib ki, Azərbaycan prezidenti İlham Əliyevlə məsələni müzakirə edib.

“Türkiyənin həm Azərbaycan, həm də Rusiya ilə dərin diplomatik və strateji əlaqələri var. Gərginliyi yaxından izləyirik və hər iki ölkəni təmkinli olmağa çağırırıq. İnanırıq ki, məsələ diplomatik gərginliyi azaldacaq bəyanatlarla daha sadə və ağıllı şəkildə həll olunacaq. Ümid edirəm ki, iki ölkə arasındakı münasibətlərdəki neqativ hallar ən qısa zamanda dayandırılacaq. Biz Rusiya ilə Azərbaycan arasında baş verən acınacaqlı hadisələrin Azərbaycanla münasibətlərinə xələl gətirməməsini həqiqətən istəyirik” – deyə Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə bildirib.

Türkiyə prezidentinin sözlərinə görə, məsələyə təmkinlə yanaşmaq lazımdır. “Biz bilirik ki, iki dostumuz bu problemin öhdəsindən gəlmək üçün qarşılıqlı anlaşma səviyyəsindədir. Problemin həlli üçün atılan konstruktiv addımları dəstəkləməyə davam edəcəyik. Bizim prioritetimiz müharibə və münaqişələrin payına düşmüş regionda çətin qazanılmış sabitliyə xələl gətirəcək kəskin eskalasiyanın qarşısını almaq olacaq”.

AzPost.az

Seçilən
2
50
azpost.info

10Mənbələr