AZ

Tramp: “Vəziyyət çox mürəkkəbdir” | VİDEO

AzVision.az Ağ Evin jurnalistlər camiəsinin məlumatına istinadən xəbər verir ki, ABŞ prezidenti öz təyyarəsinin göyərtəsində jurnalistlərə belə deyib.

Amerika liderinin sözlərinə görə, ukraynalı həmkarı ilə söhbət “çox strateji” olub. Donald Tramp Zelenski ilə “müxtəlif məsələləri” müzakirə etdiyini vurğulayıb, lakin detalları açıqlamayıb. Eyni zamanda, o, iyulun 3-də Rusiya prezidenti Vladimir Putinlə daha əvvəl baş tutan dialoqdan narazı qaldığını bildirib.

“Putin axıra qədər getmək istəyir. Bu, yaxşı deyil. Rusiyanın münaqişənin həllinə hazır olduğuna şübhə edirəm”, - ABŞ prezidenti vurğulayıb.

Xatırladaq ki, Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon əlaqəsindən bir gün əvəvl Ağ Ev rəhbəri Rusiya prezidenti Vsaldimir Putinlə sayca 6-cı telefon danışığı aparıb.Amerikalı həmkarını ABŞ-nin Müstəqillik Günü münasibətilə təbrik edən Putin Rusiyanın ABŞ dövlətçiliyinin inkişafında sonuncu müəyyən rol oynadığını diqqətə çatdırıb.

Telefon danışığından sonra açıqlama verən Donald Tramp Ukrayna ətrafında yaranmış vəziyyətdən narazı qaldığını və irəliləyişə nail ola bilmədiyini söyləyib.


Sahil İsgəndərov
AzVision.az
Seçilən
19
34
azvision.az

10Mənbələr