Yenisabah saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Türkiyənin Bolu vilayətində gənə sancması bir nəfərin həyatına son qoyub. Yerli mediada yayılan məlumatlara görə, 55 yaşlı şəxs tarlada işləyərkən gənə tərəfindən sancılıb və bir neçə gün sonra xəstəxanada dünyasını dəyişib.
Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, həkimlərin ilkin diaqnozuna əsasən, xəstə Krım-Konqo Qanamalı Qızdırmasına yoluxub. Tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Mütəxəssislər bölgədə gənə təhlükəsinin artdığını bildirir və xüsusilə yay aylarında açıq sahələrdə çalışan vətəndaşları ehtiyatlı olmağa çağırır. Sezar pizza
Rəvan Rzazadə
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.