AZ

Anar Quliyev Şirvanda vətəndaşları qəbul edib

Bu gün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Şirvan şəhərində Biləsuvar, Neftçala, Naftalan və Hacıqabul rayon sakinlərini qəbul edib.

"Report" bu barədə Komitəyə istinadən xəbər verir.

Məlumata görə, qəbulda vətəndaşların tikintiyə icazə və torpaq münasibətləri ilə bağlı sualları cavablandırılıb, şəhərsalma və tikinti prosedurlarının sadələşdirilməsi və qurumun yaratdığı Elektron İcazə sisteminin üstünlükləri barədə onlara ətraflı məlumat verilib.

Seçilən
9
4
report.az

10Mənbələr