AZ

Anar Quliyevin diqqətinə: Masazırda işbaz maklerlər Arxitektura Komitəsini saymır

Hurriyyet saytından verilən məlumata görə, ain.az xəbər verir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi son illər tikinti sahəsində baş verən xaosun aradan qaldırılması istiqamətində mühüm işlər həyata keçirməkdədir.Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tikinti qaydalarını sadələşdirməsi vətəndaşlarda yüksək məmnunluq yaradır. Lakin yerli məmurların dəstəyi ilə Dövlət Komitəsinin nəzarətindən yayınan, qeyri-qanuni tikinti işləri aparan işbazlar hələ var.Bu işbazlar əvvəlki illərdə olduğu kimi yenə də heç bir normativə uyğun olmayan, yöndəmsiz, aşağı keyfiyyətli evlər inşa etməkdədirlər.Dövlət Komitəsindən yayınan, yerli məmurların "dəstəyi" ilə başıpozuq tikinti meydançasından bir də Abşeron rayonunun Masazır qəsəbəsində Murtuza Muxtarov küçəsində dir.Hurriyyet.az xəbər verir ki, bu barədə azfakt.com saytı məlumat yayıb.Masazır qəsəbəsində 569 cu marşurutun sonuncu dayanacağında sənədi olmayan evlər açıq şəkildə inşa edilir.Bir-birinə bitişik inşa edilən bu evlərin heç birinin tikinti üçün rəsmi icazəsi yoxdur.Yerli məmurlarla anlaşan makler-işbazlar inşa etdikləri bu qanunsuz evləri qısa zamanda sataraq məsuliyyətdən yayınırlar.Hətta pullarına güvənən bu işbazlar Tik Tok sosial platformasında "Kreditlə həyət evləri" səhifəsi hər gün canlı açaraq vətəndaşları sərfəli qiymətlərlə ev almalarına səsləyir.Adı çəkilən səhifədə açıq şəkildə bildirilir ki, evlərin sənədi yoxdur, yalnız torpağın çıxarışı var. Bu isə o anlama gəlir ki, hazırda Masazır qəsəbəsi Murtuza Muxtarov küçəsində inşa edilən evlərin tikintisi üçün aidiyyatı qurumlar olan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin heç bir rəsmi icazəsi yoxdur.Qeyd edək ki, tikinti işlərinin aparılması prosedurları və qaydaları, tikinti normativləri Şəhərsalma və Tikinti Məcəlləsi ilə tənzimlənir. Azərbaycan Respublikasının Tikinti Məcəlləsinin 13-cü maddəsinə görə planlaşdırılan tikintinin mərhələləri və məzmunu barədə ictimaiyyətə ətraflı məlumat verilməlidir.Məcəlləyə görə löhvədə aparılan tikinti işinin başlama və bitmə tarixi, layihəçi və podratçı şirkətlərin adları, müvafiq dövlət qurumundan tikintiyə alınan icazənin nömrəsi və tarixi barədə məlumatlar olmalıdır.Ancaq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bazasında Masazır qəsəbəsi Murtuza Muxtarov küçəsində inşa edilən evlərlə bağlı heç bir məlumat yoxdur.Əldə etdiyimiz məlumata görə Masazır qəsəbəsi Murtuza Muxtarov küçəsində qanunsuz evlərin tikintisi və satışı ilə məşğul olan maklerlər Abşeron icra hakimiyyəti ilə "anlaşaraq" işlərini rahat şəkildə aparırlar.Məlumata görə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin ərazidəki tikintilərə nəzarətsiz buraxmasının səbəbkarı Abşeron Rayon İcra Hakimiyyətidir. Belə ki, Abşeron RİH-nin hər iki qurumla anlaşdığı iddia edilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
18
hurriyyet.az

10Mənbələr