AZ

Şəmkirdə göldə boğulan 3 azyaşlı dəfn edilib - FOTO

Ötən gün Şəmkirdə göldə boğulan 3 azyaşlı dəfn edilib.

APA-nın yerli bürosunun məlumatına görə, Şəmkirin Qədimqala kəndi ərazisində göldə boğulan azyaşlılar bu gün kənd qəbirstanlığında dəfn ediliblər.

Dəfn mərasimində rayon icra hakimiyyətinin nümayəndələri, azyaşlıların valideynləri və kənd sakinləri iştirak ediblər.

Qeyd edək ki, hadisə Şəmkir çayının rayonun Qədimqala kəndi ərazisindən keçən hissəsində baş verib. Qədimqala kənd sakinləri 2016-cı il təvəllüdlü F. Nadirli, 2018-ci il təvəllüdlü R.Nadirli və 2021-ci il təvəllüdlü N.İsmayıl göldə çimən zaman boğulublar.

Şəmkirdə Şəmkirdə
Seçilən
4
50
apa.az

10Mənbələr