AZ

Cəlilabadda yol qəzasında bir ailənin 3 üzvü yaralandı - Yenilənib

22:35

Yaralıların durumu açıqlanıb.

Onlardan 1986-cı il təvəllüdlü (qadın cinsli) şəxsə alın və burun nahiyəsinin əzilmiş sıyrıqları, 2006-cı il təvəllüdlü (kişi cinsli) şəxsə sağ dizin əzilmiş, sıyrılmış yarası, sağ qapaqaltı nahiyənin əzilməsi, 2011-ci il təvəllüdlü (qadın cinsli) şəxsə isə sağ almacıq, burun arxası əzilmiş hematoma yaraları, boyun və sol topuq nahiyəsinin əzilmiş yaraları diaqnozu təyin edilib.

Xəsarət alanların vəziyyəti kafi olaraq qiymətləndirilir.

----------------

Cəlilabadda yol-nəqliyyat hadisəsi olub.

"Qafqazinfo" xəbər verir ki, hadisə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Toyota Corolla" markalı avtomobil idarəetmədən çıxaraq yolun mühafizə səddinə çırpıldıqdan sonra aşıb.

Qəzada eyni ailənin üzvləri olan 1986-cı il təvəllüdlü Aidə Hüseynova, 2006-cı il təvəllüdlü Ayaz Hüseynov və 2011-ci il təvəllüdlü Nuray Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar təcili tibbi yardım vasitəsilə rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Milli.Az

Seçilən
8
31
milli.az

10Mənbələr