AZ

Şəkidə hərəkətdə olan avtomobilin sürücüsü ürəktutmadan vəfat edib

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Gecə saatlarında Şəki rayonu ərazisində avtomobil çökəkliyə düşüb, sürücü vəfat edib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, Şəki rayonunun Aydınbulaq kəndindən şəhər istiqamətində hərəkətdə olan VAZ-2121 (Niva) markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı çökəkliyə düşüb. Nəticədə 70 yaşlı sürücü Akif Əliyev hadisə yerində keçinib. İlkin ehtimala görə qəzaya səbəb sürücünün hərəkət zamanı ürəktutması olub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət başlanılıb, istintaq aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
10
yeniazerbaycan.com

10Mənbələr