Şəki, 5 iyul, AZƏRTAC
Gecə saatlarında Şəki rayonu ərazisində avtomobil çökəkliyə düşüb, sürücü vəfat edib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Şəki rayonunun Aydınbulaq kəndindən şəhər istiqamətində hərəkətdə olan VAZ-2121 (Niva) markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı çökəkliyə düşüb. Nəticədə 70 yaşlı sürücü Akif Əliyev hadisə yerində keçinib. İlkin ehtimala görə qəzaya səbəb sürücünün hərəkət zamanı ürəktutması olub.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət başlanılıb, istintaq aparılır.