Avstraliyanın Yeni Cənubi Uels ştatında bir kişi quduzluğa bənzər sağalmaz və "son dərəcə nadir" virusdan ölüb.
O, yarasa dişlədikdən sonra xəstələnib.
Təxminən 50 yaşında olan kişi quduzluqla əlaqəli patogen olan Avstraliya yarasa lissavirusuna yoluxub.
"Bu, Yeni Cənubi Uelsdə insanların virusa yoluxması ilə bağlı ilk təsdiqlənmiş hadisədir və 1996-cı ildə Avstraliyada lissavirus aşkar edildikdən sonra insan yoluxmasının dördüncü halıdır", - məlumatda əlavə edilib.
Bu patogenin iki ştammının olduğu qeyd olunur. Qeyd edilir ki, 1986-cı ildən bəri sınaqdan keçirilmiş 19.000 yarasadan yalnız 59-u İngiltərədə yoluxub. Qeydlər Britaniyada başlayandan bəri iki insan yoluxma hadisəsi baş verib - birincisi 1902-ci ildə, ikincisi isə 100 il sonra Şotlandiyada. Yarasalarla işləyən şəxsdə tapılıb.
"Virusun insanlara ötürülməsi olduqca nadirdir. Amma təəssüf ki, yoluxmuş yarasa tərəfindən cızılmış və ya dişlənmiş insanlarda lissavirus əlamətləri yarandıqda, effektiv müalicə yoxdur", - “New South Wales Health”in ictimai səhiyyə direktoru Keyra Qlazqo deyib.
Lissavirusun əlamətlərinin ortaya çıxması günlər, aylar və hətta illər çəkə bilər. Xəstəliyin ilkin əlamətləri qripə bənzəyir - baş ağrısı, qızdırma və yorğunluq. Xəstələr sürətlə pisləşə bilər, iflic, deliriyum (deliriyum diqqətin, qavramanın, oreyentasiyanın pozulması ilə gedən, orqanik mənşəli olub şuurun dalğalı şəkildə pozulması halıdır – red.), qıcolmalar və nəticədə ölümlə nəticələnə bilər.
"Quduzluq mərkəzi sinir sisteminin xəstəliyidir və ABLV (Avstraliya yarasa lissavirusu) ilə yoluxduqdan sonra yarana biləcək xəstəliklərə çox bənzəyir, baxmayaraq ki, iki virus genetik cəhətdən bir-birindən fərqlənir. ABLV yarasalarda nadir rast gəlinir, lakin mövcud olduqda bu yarasalarda əlamətlərin səbəbi olur. Yoluxmuş insanda əlanmətlər inkişaf etdikdən sonra, xəstəlik çox vaxt ölümcül olmur”, - Kvinslend Universitetinin virusoloqu İan Makkey deyib.
Bununla belə, quduzluqda olduğu kimi, məruz qaldıqdan sonra dərhal müalicə əlamətlərin inkişafının qarşısını ala bilər və viruslar çox oxşar olduğundan, lissavirus infeksiyalarını müalicə etmək üçün quduzluğa qarşı immun qlobulin və peyvəndlərdən istifadə olunur.//lent.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta