AZ

Hüseyn Büyükfıratın oğlunun ölüm səbəbi məlum olub

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin sədri, "Büyükfırat” restoranlar şəbəkəsinin sahibi Hüseyn Büyükfıratın oğlu Ebrar Büyükfıratın ölüm səbəbi məlum olub.

XəzərNews.az xəbər verir ki, Teleqraf-ın əldə etdiyi xəbərə görə, o, yaşadığı binanın altıncı mərtəbəsindən yıxılıb.

Hadisə iyunun 28-i saat 12 radələrində Nərimanov rayonu C.Hacıbəyli küçəsi ev 104, mənzil 35-də baş verib

Türkiyə vətəndaşı 1998-ci il təvəllüdlü Büyükfırat Ebrar Abdurrahim Hüseyn yaşadığı binanın eyvanından yıxılıb və vəfat edib.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər 2 dəfə oxunub.
Seçilən
26
50
xezernews.az

10Mənbələr