AZ

QMİ: Şamaxı Rəsədxanasının təqviminə əsasən Aşura bu gündür

Şamaxı Rəsədxanasının Azərbaycanın yerləşdiyi coğrafi en dairəsinə uyğun olaraq tərtib etdiyi təqvimə əsasən, Aşura bu gündür...

Bu barədə APA-nın sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) bildirilib.

"Biz başqa ölkələrin təqvimi ilə işləmirik. Şamaxı Rəsədxanasının təqvimi ilə işləyirik. Hər il Aşuradan istifadə edilir, saxta məlumatlar yayılır. Tövsiyə edirik ki, insanlar sosial şəbəkələrdəki şaiyələrə inanmayıb, təxribatlara uymasınlar", - QMİ-dən deyilib.

Qeyd edək ki, sosial şəbəkələrdə Aşura gününün sabah olması ilə bağlı məlumatlar yayılıb.

Poliqon.info

Seçilən
0
50
poliqon.info

10Mənbələr