Bu gün Azərbaycanda Aşuradır.
News24.az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının fətvasına əsasən, Məhərrəm ayının 10-u - Aşura günü İyulun 5-ə təsadüf edir.
Fətvada qeyd olunub ki, Aşura mərasimləri, mövcud qanunvericiliyə əsasən, məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməlidir.
News24.az-ın əməkdaşı Əmircan qəsəbəsində yerləşən Bünyadlılar Məscidindən fotolar çəkib. Onları təqdim edirik.
Foto: Teymur Məmmədov








