Son 24 saat ərzində İsrailin Qəzzaya endirdiyi hava hücumlarında 24 saat ərzində 78 nəfər ölüb.
Viral.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Bununla yanaşı, son bir neçə həftə ərzində Qəzza zolağında 700-dən çox fələstinli ərzaq yardımı almağa çalışarkən öldürülüb.
Son Yazılar:
- İsrailin Qəzzaya endirdiyi hava hücumlarında 24 saat ərzində 78 nəfər ÖLDÜ
- Xarkova PUA hücumu nəticəsində 2 nəfər öldü, 11 yaralandı
- “Real” klubu 23 illik rekordunu yenilədi
Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, İsrail-Qəzza müharibəsində 57 300-dən çox insan həlak olub, 136 000-ə yaxın insan isə yaralanıb.
Xatırladaq ki, mayın 18-də İsrail Ordusu “Gideonun cəng arabaları” genişmiqyaslı quru əməliyyatı çərçivəsində Qəzza zolağının şimal və cənub rayonlarında döyüş əməliyyatlarına başladığını elan edib. Həmin gün İsrail Baş naziri Benyamin Netanyahunun ofisi anklavda aclığı qabaqlamaq üçün Qəzza zolağı ərazisinə “baza səviyyədə” ərzağın gətirilməsinə icazə verəcəyini bildirib.