AZ

Texasda daşqın nəticəsində ölənlərin sayı 45 nəfərə çatıb

Texasda daşqınlar nəticəsində ölənlərin sayı 45 nəfərə çatıb, bu barədə şənbə günü The Guardian məlumat yayıb.

Ölənlərin 34-ü böyük, 11-i uşaqdır. Əvvəllər 29 qurbanın olduğu bildirilirdi.

Bundan əvvəl daşqın zamanı düşərgədə istirahət edən 27 uşaq da axtarışa verilib.

Texasda daşqınlara uzun sürən yağışlar səbəb olub. CNN-in məlumatına görə, Qvadalupe çayının səviyyəsi iki saat ərzində altı metrdən çox qalxıb.

Əziz Mustafa, Oxuməni.az

Seçilən
17
16
oxumeni.az

10Mənbələr