AZ

Hesabat: Stokholmda gənclər təhsil və əmək sistemindən kənarda qalır

İsveçin Stokholm bölgəsinin yeni hesabatına görə, paytaxt regionunun həssas bölgələrində 16-29 yaşlı gənclərin 14 faizi nə təhsil alır, nə də işləyir. Eyni ərazilərdə hər beşinci yeniyetmə orta məktəbə getmir.

“İki sahil” xəbər verir ki, tədqiqat 1270 kiçik coğrafi zonanı əhatə edir, onlardan 30-u ən həssas - aşağı gəlirli, az təhsilli və yüksək işsizliyə malik ərazilər kimi təsnif edilib.

Ən həssas ərazilər şəhərətrafı ərazilərdə və paytaxtın kənarlarında yerləşir. Buralarda region əhalisinin cəmi 2 faizə yaxını yaşasa da, həmin ərazilərdə sosial problemlər qalmaqdadır: demək olar ki, hər beşinci sakin işsizdir, mənzillərin 95 faizi kirayə verilir, əhalinin 64 faizindən çoxu miqrasiya mənşəli insanlardır.

Eyni zamanda, abad rayonlarda gənclərin demək olar ki, hamısı tam orta məktəbdə təhsil alır, işsizlik səviyyəsi 4 faizi ötmür, əksəriyyəti isə İT, maliyyə və rabitə kimi yüksəkixtisaslı sahələrdə çalışır. Regional hakimiyyət orqanları harada doğulmağınızdan asılı olmayaraq, imkanlara bərabər çıxışın vacibliyini vurğulayır. Onlar, həmçinin iş yerləri üçün nəqliyyat əlçatanlığının yaxşılaşdırılması və müxtəlif tipli tikililərdə qarışıq mənzillərin yaradılmasının zəruriliyini qeyd edirlər. Regional müşavir Merta Martin-Qranlund vurğulayır: “Doğulduğunuz bölgə sizin həyat şansınızı müəyyən etməməlidir".

Seçilən
20
50
ikisahil.az

10Mənbələr