Bakı. Trend:
Cari ilin ilk yarımilində orta ixtisas təhsili müəssisələrindəidarəetmənin təkmilləşdirilməsi, aparılmış monitorinq vəyoxlamaların nəticələri, həmçinin yaş həddinə çatma ilə əlaqədarbəzi rəhbər şəxslərlə əmək müqavilələrinə xitam verilib.
Trendxəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyiməlumat yayıb.
Belə ki, qeyd olunan islahatların aparıldığı müəssisələrsırasında Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollec,Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kolleci, Masallı DövlətRegional Kolleci, Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyatvə Humanitar Kollec, eləcə də UNEC nəzdində Sosial-İqtisadi Kollecyer alır. Hazırda adıçəkilən kolleclərin bir qismində yeni rəhbərtəyinatları həyata keçirilib və bu proses mərhələli şəkildə davametdirilir.
Qeyd edək ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinintabeliyində ümumilikdə 38 orta ixtisas təhsili müəssisəsi fəaliyyətgöstərir. Bu müəssisələrdə mütəmadi olaraq monitorinq və auditləraparılır, nəticələr əsasında zəruri tədbirlər görülür.