AZ

“Real” Rodriqo ilə yollarını ayırmaq istəyir


“Real Madrid” braziliyalı vinger Rodriqonu satmağa hazırdır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Athletic” qəzeti məlumat yayıb.
24 yaşlı futbolçu son vaxtlar start heyətində yerini itirib. Belə ki, Xabi Alonsonun baş məşqçi vəzifəsinə keçməsindən sonra o, üç oyunda cəmi 23 dəqiqə oynayıb.
Madrid klubu sərfəli təklif alacağı təqdirdə bu transferə qarşı çıxmayacaq.
İddiaçılardan biri də futbolçunun agentləri ilə ilkin danışıqlar aparan Londonun “Arsenal” klubudur. Klub Rodriqonun çox yönlülüyünü yüksək qiymətləndirir və onun hücumun hər iki cinahını gücləndirə biləcəyinə inanır.
Seçilən
12
8
yeniavaz.com

10Mənbələr