AZ

Müəyyən zamanlarda bəzi qruplar dini məsələlərdə problem yaratmağa cəhd göstərib QMİ sədri

ain.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müəyyən zamanlarda bəzi qruplar dini məsələlərdə problem yaratmağa cəhdlər edib.

Redaktor.az xəbər verir ki, bunu qanvermə aksiyasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu mənada Aşura günündən və anlayışından da istifadə edilib:

“Burada xarici ölkələrin təsiri və bu təsirə düşən bəzi dindarlar da az olmayıb. Bunun nəticəsində Aşuradan sui-istifadə halları da olub. Ona görə də dünyada analoqu olmayan bir təşəbbüs irəli sürdük, beləliklə, qanvermə aksiyası ənənə halını aldı”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
50
redaktor.az

10Mənbələr