AZ

Məleykə Abbaszadə: Valideynlər ixtisas seçimində övladlarının maraqlarını nəzərə almalıdırlar

BAKI, 4 iyul. TELEQRAF

"Valideynlər uşaqlarının ixtisas seçimində onların maraqlarını nəzərə almalıdırlar".

Teleqraf xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə beşinci “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinin tədbirində deyib.

O bildirib ki, uşaqlar valideynin ixtiyarında olduğundan DİM bu məsələyə qarışa bilməsə də, maarifləndirmə işi aparır.

Sədrin sözlərinə görə, bəzən valideynlər özlərinin reallaşdıra bilmədikləri arzularını övladları üzərindən həyata keçirməyə çalışırlar:

"Onlar uşaqlara çox təsir göstərirlər. Valideynlər uşaqlarını daha erkən – IX-X sinifdən etibarən dinləməli, onların maraqlarını öyrənməli və ixtisas seçiminə bu baxımdan yanaşmalıdırlar. Təəssüf, bəzi valideynlər uşaqları hərbi xidmətə getməsin və ya başqa şəhərə köçməsin deyə onların balı hara çatırsa, ora yönləndirirlər. Bu yanaşma düzgün deyil. 14-15 yaşlı yeniyetmə ilə söhbət edilməli, psixoloqun köməyi ilə maraq və qabiliyyətləri müəyyənləşdirilməlidir”.

Seçilən
9
33
teleqraf.com

10Mənbələr