Çexiyada bu gün genişmiqyaslı elektrik kəsintisi baş verib.
"Cebheinfo.az" xəbər verir ki, Sənaye və Ticarət Nazirliyi ölkənin şimal və şərq hissələrində böyük bir elektrik kəsintisinin baş verdiyini bildirib.
Kəsintinin yüksək gərginlik xəttinin sıradan çıxması səbəbindən olduğu, kiberhücum və ya bərpa olunan enerji mənbələrindən qaynaqlanan nasazlıq olmadığı açıqlanıb.
Ölkənin şəbəkə operatoru CEPS, Ledvice enerji stansiyasının altıncı blokunda və V411 xəttində yaranan nasazlıqdan sonra kəsinti baş verdiyini qeyd olunub.
Kəsinti səbəbilə ölkə həyəcan vəziyyətinə keçib. Çexiya hökuməti “fövqəladə milli vəziyyət” elan edib. Polis və təcili yardım qrupları küçələrə sevq edilib.
Kəsinti təxminən beş bölgədə səkkiz transformator mərkəzinə təsir edib, bəzi şəhərlərdə metro dayanıb.
Telefon və internet xidmətləri ehtiyat generatorlar sayəsində saxlanılıb. 2017-ci ildə tikilmiş kömürlə işləyən Ledvice 6 stansiyasının da dayandığı bildirilib.
Praqadakı üç böyük xəstəxana qısa müddətlik generatorlara keçib, Litvinovdakı neft emalı zavodu və kimya müəssisəsi fövqəladə vəziyyətə keçib.
CEPS saat 15:00-dək bütün transformator mərkəzlərinə elektrik enerjisinin verildiyini, lakin paylayıcı şirkətlərin işlərə davam etdiyini açıqlayıb.
Baş nazir Petr Fiala, saat 18:00-dan əvvəl təxminən 2000 müştəriyə hələ elektrik verilmədiyini, ümumilikdə yarım milyonadək insanın bu kəsintidən təsirləndiyini bildirib.
Yanğınsöndürən qruplar ölkə üzrə 215 liftdə sıxışıb qalan bütün insanların xilas edildiyini açıqlayıb.