AZ

Ukraynanın işğal olunmuş ərazilərində həyat necədir?

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bu günlərdə “Luqansk xalq respublikasının” “veteranları” Rusiya rəhbərliyinə müraciət ünvanlayıblar.

Avtosfer.az xəbər verir ki, onlar müraciətlərində Luqansk şəhərindəki yeganə məktəbin bağlanmamasını xahiş edirlər.

“Xüsusi hərbi əməliyyat”ın iştirakçıları bildirirlər ki, onlar “rus dünyası” naminə vuruşublar. Bunu nəzərə alaraq məktəb bağlanmamalıdır. Əks halda, uşaqlar təhsil ala bilməyəcəklər.

Bu gün Ukraynanın işğal edilmiş Donetsk və Luqansk regionlarında kifayət qədər əhali yaşayır. Vaxtilə Ukraynanın “faşistlərdən azad olunması”nı tələb edən sakinlər indi səfil vəziyyətindədirlər. Rusiya hökuməti 2 il əvvəl bu əraziləri qısa müddətə bərpa edəcəyini desə də, sonradan fikrini dəyişib. Bildirilib ki, “Ukrayna faşizmi”nin nümunəsi olan dağılmış binalar olduğu kimi saxlanılacaq. 

Reallıq isə bundan ibarətdir ki, Rusiya bu ərazilərə investisiya qoymaq istəmir. Binalarda su və elektrik yoxdur, kanalizasiya sistemi bərbad haldadır. Bir qədər pulu olanlar başqa yerlərə köçüblər. Qalanların vəziyyəti isə Nekrasovun 1874-cü ildə yazdığı “Rus elində kimin günü xoş keçir?” poemasında təsvir edildiyi kimidir.

Vüqar

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
25
avtosfer.az

10Mənbələr