AZ

Subaylardan vergi alınacaq - Yeni qanun gəlir

Şimali Makedoniya hökuməti ölkədə demoqrafik azalmaya qarşı mübarizə məqsədilə yeni və mübahisəli bir təklif irəli sürüb.

Publika.az xəbər verir ki, Baş nazir Hristijan Mickoski ölkədə nikahsız yaşayan şəxslərdən – yəni subaylardan əlavə vergi tutulmasının mümkün olduğunu açıqlayıb.

Bu təklif “Demoqrafik dayanıqlılıq” mövzusunda keçirilən konfrans zamanı səsləndirilib. Baş nazir bildirib ki, ölkə ciddi demoqrafik böhranla üz-üzədir. Rəqəmlərə əsasən, 2024-cü ildə Şimali Makedoniyada 16 061 körpə doğulub, lakin 20 201 nəfər dünyasını dəyişib. Bu, əhalinin təbii artımının mənfi olduğu anlamına gəlir.

Mickoski doğum səviyyəsinin son illərdə kəskin şəkildə azaldığını və bu tendensiyanın təkcə Makedoniya deyil, bütün Avropa üçün təhlükəli olduğunu vurğulayıb. Onun sözlərinə görə, subay şəxslər üçün vergi tətbiqi məsələsi hazırda hökumət səviyyəsində ciddi şəkildə müzakirə olunur.

Baş nazirin sözlərinə görə, məqsəd gəncləri evliliyə və ailə qurmağa təşviq etməkdir:

Seçilən
16
50
publika.az

10Mənbələr