AZ

“Çelsi” yenidən yarımfinalda – “Palmeyras” üzərində dramatik qələbə

“Çelsi”

ABŞ-da keçirilən Klublararası Dünya Çempionatında ikinci yarımfinalçı bəlli olub: İngiltərənin “Çelsi” klubu, gərgin oyunda Braziliyanın “Palmeyras” komandasını 2:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.İngilislər ilk hissədə üstünlük təşkil edirdilər və bu, Koul Palmerin fərdi reydindən sonra vurduğu gözəl qolla nəticələndi — top uzaq küncə dəqiq göndərildi.Lakin ikinci hissədə Abel Ferreyranın yetirmələri oyunun gedişatını dəyişməyi bacardılar. “Palmeyras”ın hücum lideri Estevao – turnirdən sonra məhz “Çelsi”yə keçəcək gənc ulduz – cərimə meydanına daxil olaraq müdafiəçini keçdi və kəskin bucaqdan qapını dəqiq nişan aldı – hesab bərabərləşdi.Matçın əlavə vaxta gedəcəyi düşünülərkən, “Çelsi” son dəqiqələrdə təzyiqi artırdı. Künc zərbəsinin ardından Malo Gustonun ötürməsi rikoshetlə qapıçı Vevertonu çaş-baş saldı və top qapı xəttini keçdi.Beləliklə, “Çelsi” 2023-cü ilin finalındakı kimi eyni hesabla “Palmeyras”ı yenidən məğlub etdi. Yarımfinalda isə Braziliyanın digər nəhəngi “Fluminense” ilə qarşılaşacaq.Ulusum.az

Diqqət Çəkənlər

Trampdan Şok Açıqlama: ABŞ-ın Ukraynaya silah yardımı ehtiyatları tükəndirir

Tarixin ən böyük yalanı ifşa olundu – piramidaları qullar yox, peşəkarlar inşa edibmiş!

İlham Əliyev: "Azərbaycan həmişə haqq-ədalətin tərəfdarı olub"

Seçilən
6
47
ulusum.az

10Mənbələr