ain.az, Sia Az portalına istinadən məlumat verir.
Braziliyalı futbolçu Estevao Braziliyanın "Palmeyras" klubunu tərk etməmişdən əvvəl gələcək komandası İngiltərə "Çelsi"sinə qol vurub. SİA xəbər verir ki, bu, ABŞ-da təşkil olunan klublararası dünya çempionatının 1/4 final oyununda baş verib.
18 yaşlı hücumçu 1:2 hesabı ilə uduzan "Palmeyras"ın 53-cü dəqiqədə yeganə qolunun müəllifi olub. Estevao istedadına görə Lionel Messiyə bənzədilir. Bu səbəbdən, onu Messinyo və ya Balaca Messi adlandırırlar.
Qeyd edək ki, "Çelsi" Estevaonu 34 milyon avroya, bonuslarla birlikdə isə 60 milyon avroya alıb. Tərəflər gənc futbolçunun dünya çempionatında "Palmeyras"da oynamasına dair razılığa gəliblər. Hərçənd onun "zadəganlar"la müqaviləsi iyulun 1-dən qüvvəyə minib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.