AZ

Azərbaycan millisinin sabiq futbolçusu ata oldu, karyerasını bitirdi

BAKI. 5 iyul. TELEQRAF

Azərbaycan milli komandasının sabiq futbolçusu Ruslan Qurbanov ikinci dəfə ata olub.

Bu barədə Teleqraf-a keçmiş hücumçunun özü məlumat verib.

Onun sözlərinə görə, Bakıda dünyaya gələn oğluna Adam adını verib.

Qurbanov 10 yaşlı qızından sonra oğlunun məhz Azərbaycanda doğulmasını özünün istədiyini bildirib.

O, eyni zamanda peşəkar futbolçu karyerasını başa vurmağa dair qəti qərar verdiyini də diqqətə çatdırıb: "Azərbaycanın sayəsində futbolçu oldum, onlar mənə inandılar. Arif Əsədova ömrüm boyu minnətdar olacağam. Buna görə də qərara aldım ki, oğlum Bakıda doğulub. Bu, mənimlə burada olan insanlara hörmətimin göstəricisidir. Karyeramı isə başa vurdum. Düşünürəm ki, bu, yekun qərarımdır. Uşaqlar böyüyürlər, oynamaq çətindir. Bütün karyerama görə Azərbaycana minnətdaram. Oğluma isə məndən də yaxşı futbolçu olmasını arzulayıram".

Seçilən
5
13
teleqraf.com

10Mənbələr