sport24.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Polşanın "Radomyak" klubundan ayrılan Azərbaycan millisinin futbolçusu Renat Dadaşov İspaniyaya yollanıb. Sport24.az xəbər verir ki, 26 yaşlı hücumçu yeni mövsümə bu ölkədə hazırlaşmağa qərar verib.Forvard bir neçə futbolçu ilə Marbella şəhərində məşq edir. Onların arasında 2018/2019 mövsümündə "Bavariya"nın əsas komandasında iki matça çıxmış Meritan Şabani də var. Qeyd edək ki, Renat Dadaşov hazırda özünə yeni klub axtarır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.