AZ

Arteta keçmiş komanda yoldaşını özünə köməkçi götürdü

BAKI, 4 iyul. TELEQRAF

Argentina millisinin sabiq müdafiəçisi Qabriel Hayntse İngiltərənin “Arsenal” klubunun məşqçilər heyətində yer alacaq.

Teleqraf xəbər verir ki, bu barədə insayder Fabritsio Romano bildirib.

47 yaşlı mütəxəssis “Arsenal”da baş məşqçi Mikel Artetanın köməkçisi vəzifəsində çalışan Karlos Kuestanı əvəz edəcək. Kuesta bugünlərdə İtaliya təmsilçisi “Parma”nın baş məşqçisi təyin olunub.

Hayntse və Arteta bir vaxtlar birlikdə Fransa təmsilçisi PSJ-də çıxış ediblər.

Qeyd edək ki, Qabriel Hayntse futbolçu karyerasını 2014-cü ildə başa vurub. O, karyerası ərzində Argentinanın “Argentinos Huniors” və “Veles Sarsfield” klubları, ABŞ-nin “Atlanta Yunayted”, İspaniyanın “Real Madrid” və İngiltərənin “Mançester Yunayterd” klublarında çıxış edib.

Seçilən
11
45
teleqraf.com

10Mənbələr