AZ

Messi “İnter Mayami”də qala bilər

“İnter Mayami” futbolçusu Lonel Messini komandada saxlamağı planlaşdırır.

Bakues.az xəbər verir ki, bu barədə insayder Qaston Edul məlumat yayıb.

MLS təmsilçisi ilə 38 yaşlı hücumçu arasında danışıqlar uğurla gedir. Bildirilir ki, tərəflərin 2026-cı ilin dekabr ayının sonuna qədər qüvvədə olan müqavilə imzalaması ehtimalı yüksəkdir. Messinin “İnter Mayami” ilə hazırkı müqaviləsi isə 2025-ci ilin dekabr ayının sonuna kimi qüvvədədir.

Argentinalı forvard 2025-ci ildə “İnter Mayami”nin heyətində bütün turnirlərdə 17 oyun keçirib, 11 qol vurub və 5 məhsuldar ötürmə edib.

Seçilən
9
11
icma.az

10Mənbələr