AZ

Messi “İnter Mayami” ilə yeni müqavilə bağlayır

BAKI. 5 iyul. TELEQRAF

Argentinalı hücumçu Lionel Messi şərəfini qoruduğu “İnter Mayami” klubu ilə yeni müqavilə bağlamağa hazırlaşır.

Teleqraf xəbər verir ki, 38 yaşlı əfsanəvi futbolçu ABŞ təmsilçisi ilə danışıqlar aparır.

Məlumata görə, futbolçu ilə klub arasında danışıqlar uğurla gedir və tərəflər arasında 2026-cı ilin dekabr ayının sonuna qədər müqavilə imzalanacağı ehtimalı yüksəkdir.

Messinin "İnter Mayami" ilə hazırkı müqaviləsi 2025-ci ilin dekabr ayının sonuna kimi qüvvədədir.

Seçilən
1
21
teleqraf.com

10Mənbələr