AZ

“Açıq Bakı çempionatı”

Bakı Şəhər Gənclər və İdman İdarəsi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) təşkilatçılığı ilə avarçəkmə üzrə Açıq Bakı çempionatı keçiriləcək.

AKAF-dan mətbuata verilən məlumata görə, yeniyetmə və gənc idmançıların iştirakı ilə təşkil olunacaq yarışda Bakı və Mingəçevirdən, ümumilikdə 100-ə yaxın avarçəkən iştirak edəcək.

Reqlamentə əsasən, Açıq Bakı çempionatında idmançılar akademik avarçəkmə və 1 nəfərlik kanoe qayığında 500 metr məsafə üzrə mübarizə aparacaqlar. Avarçəkənlər 500 metr məsafədə həm 1 nəfərlik, həm də 2 nəfərlik kanoe qayığında da çempionluq uğrunda yarışacaqlar. Qeyd edək ki, Bakı çempionatı iyulun 11-də təşkil olunacaq.

M.HACIXANLI
XQ

Seçilən
6
23
xalqqazeti.az

10Mənbələr