AZ

Akademik avarçəkmə və kanoe üzrə açıq Bakı birinciliyi keçiriləcək

ain.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı Şəhər Gənclər və İdman İdarəsi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının təşkilatçılığı əsasında iyulun 11-də avarçəkmə üzrə açıq Bakı çempionatı keçiriləcək. Sport24.az xəbər verir ki, yeniyetmə və gənc idmançıların iştirakı ilə təşkil olunacaq yarışda Bakı və Mingəçevirdən ümumilikdə 100-ə yaxın avarçəkən iştirak edəcək.

Reqlamentə əsasən, açıq Bakı çempionatında idmançılar akademik avarçəkmə və kanoedə 1 nəfərlik qayıqda 500 metr məsafə üzrə mübarizə aparacaqlar. Kayak qayığında isə 500 metr məsafədə həm 1 nəfərlik, həm də 2 nəfərlik qayıqda çempionluq uğrunda yarışacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
26
sport24.az

10Mənbələr