ain.az, Fanat portalına istinadən məlumat yayır.
Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək futzal üzrə ölkə çempionu "Araz-Naxçıvan" heyətində radikal dəyişiklik edib.
Bu barədə Fanat.Az-a Naxçıvan təmsilçisinin vitse-prezidenti Mahmud Sadıqov məlumat verib.
Komanda 6 legionerin xidmətindən imtina edib. Söhbət üç iranlı - Əmirhüseyin Rəsuli, Əli Rüstəmi və Azərbaycan millisinin üzvü olan Əmir Şocayi, həmçinin rusiyalı Roman Adamov, serbiyalı Lazar Milosavljeviçi və braziliyalı Mateus Enrikedən gedir.
Baş məşqçi Yevqeni Kukseviç yalnız Braziliyadan olan iki hücumçunun - Covanni Valerio ilə Karlos Bertuolanın xidmətində maraqlı olaraq komandada saxlanılmasını lazım bilib.
Klub funksioneri yaxın günlərdə 5 yeni əcnəbi oyunçu ilə güclənəcəklərini bildirib.
Qeyd edək ki, "Araz-Naxçıvan" ötən gün millimizin qapıçısı Rövşən Hüseynlinin, həmçinin "Neftçi" İK-dən alınan Mirzə Əmirovun keçidini, eləcə də "Yeni Yasamal"da icarədə olan Qüdrət Qasımzadəni geri qaytardığını açıqlayıb.
Mirağa
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.