AZ

"Araz-Naxçıvan"ın UEFA Çempionlar Liqasında yer aldığı səbət müəyyənləşib

Futzal üzrə son Azərbaycan çempionu "Araz-Naxçıvan"ın UEFA Çempionlar Liqasının 2025-2026-cı illər mövsümünün ilkin və əsas mərhələsinin püşkatma mərasimindən öncə yer aldığı səbət müəyyənləşib.

Bu barədə "Report"a Futzal Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Ölkəmizi bu yarışda təmsil edəcək “Araz-Naxçıvan” 5-ci səbətdə yer alacaq. Yevgeni Kukseviçin rəhbərlik etdiyi komanda mübarizəyə ilkin mərhələdən başlayacaq.

Qeyd edək ki, cari mövsümdə ümumilikdə 52 federasiyanı təmsil edən 56 komanda mübarizə aparacaq.

Seçilən
15
14
report.az

10Mənbələr