2024-2025 sezonunda "Fənərbağça"nın formasını geyinən Allan Sent-Maksimin klubun ona dopinq verməyə çalışdığını açıqlayıb.
Offsideplus.az xəbər verir ki, o, "Zack Nani Prod" proqramında aşağıdakı fikirləri səsləndirib:
"Fənərbağça"nın çempion olmamasının səbəbi futboldan kənar hadisələrlə klubun ətrafının əhatələnmiş olması idi. Hətta bir nöqtədə mənə dopinq verməyə belə çalışdılar. İnsanlar bunu bilmir. Bunları açıq şəkildə danışa bilmirik. Çünki sizi təhdid edirlər. Əgər danışanız "sənə bunu, bunu edərik", deyirlər. Bəzən özümüzü futbolu geridə qoyan məsələlərin içində tapırıq".
Maksimin sonradan səsləndirdiyi fikirlər barədə bu sözləri deyib:
"Tvitterdə hər şeyin fərqli yönləri getdiyi görürəm. Dediklərimi açıqlayacam. Klubun ətrafındakılardan bəhs edirəm. Xəstələnəndə məni dopinq məhsulu kimi qəbul edilən bir maddəyə yönəltdilər. Tibbi heyət bunu niyə etdi, bilmirəm".
"Fənərbağça" isə yaydığı bəyanatda futbolçunun səsləndirdiyi fikirlərdən təəccübləndiklərini bildirib. "Futbolçunun sağlamlıq probleminə görə aldığı müalicə ilə bağlı həqiqətləri dəyişdirərək ictimaiyyətə açıqlaması klubun nüfuzuna xələl gətirməyə çalışılan addımdır. Klub olaraq ictimaiyyətin yanlış yönləndirməsi və etibarımıza qarşı bu bəyanatlara qarşı tüm hüquqi haqqlarımızdan istifadə edəcəyik".