"Fənərbağça"nın basketbol komandası ilk transferini reallaşdırıb.

Offsideplus.az xəbər verir ki, "sarı-lacıvərdlilər" Mikael Yantuneni heyətinə qatıb. Finlandiya basketbolçu ilə 2 illik müqavilə imzalanıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

25 yaşlı Yantunen iki mövsümdür Fransanın "Paris" klubunda çıxış edirdi. O, pover forvard mövqeyində oynayır.

Finlandiyalı başa çatan mövsüm Avroliqada 7.5 xal və 4.8 ribaund ortalaması ilə çıxış edib.