AZ

UEFA “Barselona”nı 60 milyon avro məbləğində cərimələdi

UEFA “Barselona”nın maliyyə pozuntuları müqabilində Kataloniya klubunu ümumilkdə 60 milyon avro məbləğində cərimə ödəməyə mükəlləf edib.

Arena.az bu barədə ali futbol qurumunun rəsmi saytına istinadən məlumat verir.

Təşkilatın maliyyə hesabatları üzrə apardığı yoxlamaların yekunu olaraq, “Barselona”nın 2023-cü və 2024-cü illərdə maliyyə davamlılığı qaydalarını pozduğu aşkarlanıb. UEFA Kataloniya klubunu birbaşa ödənilməsi şərti ilə 15 milyon avro məbləğində cərimələyib. Daha 45 milyon avro mələğində cərimə isə “Barselona”ya şərti olaraq tətbiq edilib.

“Barselona” 4 illik müddəti əhatə edəcək müşahidə altında olacağı haqda UEFA qarşısında öhdəlik götürüb. Beləliklə, Kataloniya nəhəngi ayağını yorğanına görə uzatmalı olacaq.

Vurğulanır ki, “Barselona” daxil olmaqla, cərimələr altına düşmüş klubların yekun məqsədi, futboldan əldə edilmiş gəlirlərin müəyyənləşdirilməsi qaydalarına hesabat dövrünün sonuna qədər tamamilə cavab verməkdir. Növbəti hesabat dövrü 2026/2026-ci illər mövsümdə iki illik müddəti, sonrakı hesabat dövrü isə 2027/2028-ci illər mövsümündə üç illik müddəti əhatə edəcək və s.

Seçilən
10
11
arena.az

10Mənbələr