AZ

Gələn həftə razılaşma əldə oluna bilər - Trampdan Qəzza ilə bağlı açıqlama

ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında atəşkəs razılaşmasının gələn həftə əldə olunacağını gözləyir.

Publika.az xəbər verir ki, o, bunu Ağ Evin mətbuat xidmətinin əməkdaşları ilə görüşündə bildirib.

Ağ Ev rəhbəri HƏMAS hərəkatının Qəzza ilə bağlı son təklifə müsbət cavab verməsini alqışlayıb.

Qeyd edək ki, Qəzza ilə bağlı yeni təklif 60 günlük atəşkəs, 10 girovun azad edilməsi, 18 ölü girovun cəsədlərinin İsrail tərəfinə təhvil verilməsi və İsrail ordusu birliklərinin Yufanı və Yufa şəhərləri arasında mühasirəyə alınmış cənubundakı “Moraq” xəttindən çıxarılmasını tələb edir.

Seçilən
10
50
publika.az

10Mənbələr