AZ

Texasda çay daşdı - 24 nəfər öldü

ABŞ-ın Texas ştatında leysan yağışlar və Qvadalupe çayının səbəb olduğu daşqınlar nəticəsində azı 24 nəfər ölüb.

Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarının yaydığı məlumatlara görə, ölənlər arasında uşaqlar da var. Qızlar üçün yay düşərgəsindən azı 20 nəfər itkin düşüb.

Bir neçə əyalətdə fövqəladə vəziyyət elan edilib. Sakinlər təxliyə olunurlar.

Seçilən
2
17
publika.az

10Mənbələr