BAKI. 5 iyul. TELEQRAF
ABŞ-nin cənubundakı Texas ştatında güclü yağışlar daşqınlara səbəb olub.
Teleqraf xəbər verir ki, təbii fəlakət zamanı azı 3 nəfər ölüb.
Çoxlu sayda itkin düşən sakinlər olduğundan ölənlərin sayının artacağı ehtimal edilir.
Məlumata görə, bölgədə ağaclar aşıb, evlərə və avtomobillərə ziyan dəyib.
Axtarış-xilasetmə işləri davam etdirilir.