UEFA maliyyə tələblərini pozduğuna görə Avropanın bir çox klubunu cərimələyib.
Bakıvaxtı.az xəbər verir ki, onlar arasında "Barselona", "Çelsi", "Aston Villa" və "Lion" kimi komandaların adları var.
Təhlillər 2023-cü və 2024-cü illəri əhatə edib. Bu klublar futbol gəlirləri ilə bağlı qaydalara riayət etməyiblər. Nəticədə "Barselona" 15 milyon (45 milyon şərti), "Çelsi" 20 milyon (60 milyon şərti), "Aston Villa" 5 milyon (20 milyon şərti) və "Lion" 50 milyon (37,5 milyon şərti) avro cərimələnib.
Qeyd edək ki, UEFA qarşıdakı illərdə bu klubların gəlirlərini nəzarətdə saxlayacaq.