AZ

Zeytun bağları kül oldu

Yunanıstanın Krit adasında iki gündür meşə yanğınları davam edir. Yanğınlar zeytun bağlarına yayıldığı üçün sakinlər və turistlər təxliyə edilib. Adada fövqəladə vəziyyət elan edilib.

“Reuters” xəbər agentliyinə danışan mənbə bildirib ki, İerapetra bölgəsində kiçik cəbhələr yanır və yanğınsöndürənlər bunun qarşısını almağa çalışır.

İki gün qabaq Yerapetradan 156 kilometr şərqdə yerləşən qəsəbədə başlayan yanğın adanın cənub-şərqindəki əkin sahələrini məhv edib, heyvanları tələf olub, evləri külə dönüb.

Bir gün əvvəl 1000-ə yaxın sakinin təxliyə edildiyi ərazini 5 minə yaxın turist də tərk edib.

Turizm Yunanıstanın ən böyük adası olan Krit üçün kritik gəlir mənbəyidir, ona görə də hotelçilər yanğının gələcək rezervasiyalara təsirindən narahatdırlar.

Yunanıstanın paytaxtı Afinanın təxminən 30 kilometrliyində yerləşən Koropidə bəzi yaşayış məntəqələrinin ehtiyat tədbiri olaraq boşaldıldığı bildirilib.

Yunanıstanın dövlət televiziyası ERT-nin məlumatına görə, bu gün günorta saatlarında paytaxt Afinadan təxminən 30 kilometr aralıda yerləşən Koropidə açıq ərazidə yanğın baş verib. Yanğın sürətlə yaşayış məntəqələrinə yaxınlaşıb.

Yunanıstan Mülki Müdafiə Nazirliyi bölgədə olanların cib telefonlarına “təcili” kodlu mesaj göndərərək, ehtiyat tədbiri olaraq ərazinin boşaldılmasını istəyib.

Yanğınsöndürmə qruplarının yanğına havadan və qurudan müdaxilə etdiyi bildirilir. Lakin ərazidə güclü külək yanğının söndürülməsini çətinləşdirir.

Seçilən
8
15
vaxt.az

10Mənbələr