Badamdar qəsəbəsində yanğın hadisəsi başlayıb.
Bu barədə məlumat Far.Az-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, "Maşın Bazarı"nın yaxınlığında təkər məişət tullantıları yanır.
Hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi (FHN) ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən Far.Az-ə bildirildi ki, nazirliyin yanğından mühafizə bölmələri yanğının söndürülməsi istiqamətində tədbirlər görür.