AZ

Bir vaxtlar ölkəni “titrədən” generallar indi hardadır? – Bəzisi vuruldu, bir qismi isə…

Azərbaycanda bir zamanlar hakimiyyətin vitrinini bəzəyən, hüquq-mühafizə orqanlarının əsas dayaqları hesab olunan generallar bu gün səhnədən kənardadır. Onlar ya təqaüdə göndərilib, ya da ikinci dərəcəli vəzifələrə keçirilib. Əvvəllər strateji qərarların qəbulunda əsas söz sahibi olan bu şəxslər indi idarəetmədən tamamilə uzaqlaşdırılıblar. Siyasi dairələrdə isə bu prosesin səbəbləri və nəticələri müzakirə olunur. Bəziləri bunu islahatların tərkib hissəsi, digərləri isə daxili güc balansının dəyişməsi kimi dəyərləndirir.

Son illər nazir, baş prokuror, rəis və sair postlardan uzaqlaşdırılan generalların bir neçəsinin siyahısını təqdim edirik.

Ramil Usubov: 1948-ci il dekabrın 22-də Xocalı şəhərində doğulub. Kökəncə Qərbi Azərbaycandandır.
 

Amma onun Qarabağa daha çox bağlı olduğu deyilir. Xocalı faciəsində xeyli qohumu, doğması soyqırımına məruz qalıb. Ramil Usubov mərhum Prezident Heydər Əliyevin ən sadiq, uğurlu kadrlarından olub. O, nazir vəzifəsinə ölkənin qarışıq dövründə – 1994-cü ilin aprel ayında təyin edilib.


Vəzifəyə başladığı ilk gündən daxili işlər orqanında islahatlara başlayıb. DİN sistemini nisbətən sağlamlaşdırmağı bacarıb. Ölkədə sabitliyin yaranması istiqamətində cəsarətli addımlar atıb. Ramil Usubov dövlətə, Prezidentə bağlılığı, sadiqliyi ilə seçilib. Heç bir daxili intriqalarda rol almayıb. Onun bu xüsusiyyəti dövlət tərəfindən daim nəzərə alınıb. Ramil Usubov daxili işlər naziri vəzifəsində 25 il qalıb.

Azərbaycanda 2018-ci ildən kadr islahatları sürətləndi. 2019-cu ilin iyun ayının 20-də o, Prezidentin sərəncamı ilə nazir vəzifəsindən azad edildi. Ramil Usubov dövlət başçısının başqa sərəncamı ilə Prezident yanında Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin olundu. Əvvəlki hakimiyyət komandası içərisində ən hörmətli davaranılan, nazir vəzifəsindən çıxarılsa da hakimiyyətdən uzaqlaşdırılmayan azsaylı şəxslərdən oldu.

Ramil Usubov

Prezidentin 3 may 1994-cü il tarixli 144 nömrəli Fərmanı ilə Ramil Usubova general-mayor, 26 dekabr 1995-ci il tarixli 418 nömrəli Fərmanı ilə general-leytenant, 15 yanvar 2002-ci il tarixli 637 nömrəli Fərmanı ilə general-polkovnik hərbi rütbəsi verilib.

Məhərrəm Əliyev: 1951-ci il oktyabrın 20-də Naxçıvanın Şərur rayonunun Maxta kəndində anadan olub. 1973-cü ildən daxili işlər orqanlarında xidmət edib. 1993-cü ilin noyabrından 2007-ci ilin iyun ayınadək Bakı Şəhər Baş Polis İdarəsinin rəisi olub.

Məhərrəm Əliyev

Hazırda Azərbaycanın Belarusda fövqəladə və səlahiyyətli səfiri vəzifəsini icra edən M.Əliyev 2019-cu ilin noyabrında Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri təyin edilib. 9 dekabr 2023-cü ildə Prezidentin Sərəncamı ilə hərbi geyim formasını daşımaq hüququ verilməklə, orduda həqiqi hərbi xidmətdən istefaya buraxılıb və digər vəzifəsindən azad edilib.
 

2007-ci ildən sonra Məhərrəm Əliyev in karyerasında bir neçə eniş-qalxış olub. Onu və ağsaqqalı olduğu klanı son 18 ildə tale və proseslər bir neçə dəfə sınağa çəkib. Hazırda ölkədən uzaq – Minskdə qocalığını yaşayır və vaxtilə etdiyi xidmətin çörəyini yeyir…


Eldar Mahmudov – 1956-cı ildə Bakıda anadan olub. Azərbaycanın son 20 ildə ən qalmaqallı, qaranlıq, ziddiyyətli nazirlərindən olub. Onun vəzifədən çıxarılması ictimai rəydə zəlzələ effekti yaratmışdı. 2015 ilin oktyabrında Prezidentin sərəncamı ilə işdən çıxarılan Eldar Mahmudov haqda 10 ildir media müxtəlif səpkili məqalələr, araşdırmalar yazır. Əksər ekspertlər deyirlər ki, o, neqativ fəaliyyəti ilə Azərbaycanın təhlükəsizlik orqanlarına böyük zərbə vurub.

Eldar Mahmudovun dövründə sahibkarların kütləvi şəkildə qeyri-qanuni ödəmələrə cəlb olunması, onların işgəncələrə məruz qalması, əmlaklarının, pullarının zorla əllərindən alınması halları barədə çox yazılıb, deyilib. Hətta bəzi vəzifəli şəxslərdən uzun illər şantajla aylıq “haqq” alıb. Buna misal kimi Metropolitenin sabiq rəisi Tağı Əhmədovu göstərmək olar. Deyilənə görə, Eldar Mahmudov və komandası həmkarı olan nazirləri belə aylıq ödəmələrə məcbur edirmiş.
 

Bu cür qara əməllər onun və MTN-də yuva qurmuş dəstənin sonunu gətirdi. Xeyli MTN generalı, zabiti həbs edildi. Əmlakları müsadirə olundu. Hazırda həbsdə “MTN işi”nə görə xeyli sayda şəxs yatır. 


Eldar Mahmudov

O, 17 oktyabr 2015-ci ildə milli təhlükəsizlik naziri vəzifəsindən azad edilib. Əslində isə vəzifədən, hakimiyyətdən qovuldu. Karyerası sıfırlandı.

Səfər Əbiyev – 1950-ci ilin 27 yanvarında Bakıda anadan olub. 1992-ci ilin fevralın 17-dən Azərbaycan Silahlı Qüvvələrində xidmət edib. 1992–1995-ci illərdə Müdafiə Nazirliyi Baş Qərargah rəisinin birinci müavini, Baş Qərargah Rəisi-Müdafiə Nazirinin birinci müavini, Müdafiə Naziri vəzifəsinin icraçısı, Müdafiə Nazirinin müavini vəzifələrində çalışıb.

Səfər Əbiyev

1995-ci ildə Azərbaycanın müdafiə naziri təyin olunub. 22 oktyabr 2013-cü ildə vəzifəsindən azad edilib. Səfər Əbiyevin adı rüşvət və korrupsiyada çox hallanırdı. Həmçinin o nazir olan dövrdə əsgər ölümləri həddən artıq çoxalmışdı, “dedovşina” statistikası durmadan artırdı. Hərbi mütəxəssislər iddia edirlər ki, Azərbaycan Ordusu S.Əbiyevin dövründə çox zəifləmişdi. Hazırda Səfər Əbiyevin Çexiyada yaşadığı haqda məlumatlar dolaşır.

Zakir Qaralov – 1956-cı il yanvarın 13-də Gürcüstan SSR-nin Başkeçid rayonunun Ormeşən kəndində anadan olub. 1979-cu ildə prokurorluq orqanlarına işə qəbul edilərək 1981-ci ilədək Bakı şəhərı Səbail rayon prokurorunun köməkçisi, 1981–2000-ci illərdə Baş Prokurorluğun ümumi nəzarət şöbəsinin prokuroru, böyük prokuroru, Bakı şəhəri Nəsimi rayon prokurorunun müavini, Nəsimi rayon prokuroru, Baş Prokurorluğun milli təhlükəsizlik orqanlarında istintaqa nəzarət şöbəsinin, Ümumi Nəzarət İdarəsinin prokuroru və böyük prokuroru, Bakı şəhəri Sabunçu rayon prokuroru, Gəncə şəhər prokuroru vəzifələrində işləyib.

Seçilən
28
30
news365.az

10Mənbələr