AZ

Zelenski və Tramp telefonla danışıb

Ukrayna və ABŞ prezidentləri Vladimir Zelenski və Donald Tramp arasında telefon danışığı olub və Ukrayna lideri bunu “çox vacib və səmərəli” adlandırıb.

Herbiand.az xəbər verir ki, Ukrayna prezidenti sosial şəbəkədə yazdığına görə, söhbətin əsas mövzusu cəbhədəki mövcud vəziyyət, eləcə də Rusiyanın hava hücumları olub. "Biz hava hücumundan müdafiə sahəsində imkanları müzakirə etdik və razılaşdıq ki, səmamızın mühafizəsini gücləndirmək üçün birlikdə çalışacağıq". 

Bundan əlavə, dövlət başçıları müdafiə sənayesinin imkanları və birgə istehsal haqqında “ətraflı danışıblar”. “Biz ABŞ-la birbaşa layihələrə hazırıq və hesab edirik ki, bu, xüsusilə dronlar və əlaqəli texnologiyalarla bağlı təhlükəsizlik üçün kritik dərəcədə vacibdir”, - Vladimir Zelenski vurğulayıb. Bu telefon danışığı zamanı o, Trampı ABŞ-ın Müstəqillik Günü münasibətilə təbrik edib, ona Ukraynaya verdiyi dəstəyə görə təşəkkür edib və “ədalətli, davamlı və ləyaqətli sülhə” nail olmaq üçün səyləri qeyd edib.

Ağ Ev hələ ki, Zelenski ilə Trampın söhbətini şərh etməyib.

Söhbət 40 dəqiqəyə yaxın davam edib.

Seçilən
13
50
herbiand.az

10Mənbələr