ain.az, Sia Az portalına istinadən məlumat yayır.
...Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml Amerika lideri Donald Trampın hər bir bəyanatına diqqətlə yanaşır. O, Trampın Putinlə söhbəti zamanı “heç bir irəliləyişin” olmaması ilə bağlı açıqlamasını belə şərh edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu bəyanat Trampın Vladimir Putinlə söhbətindən sonra məyus olduğunu bildirməsinə cavab olaraq verilib.
Amerika prezidenti Ukrayna ətrafında vəziyyətin nizamlanması məsələsində “heç bir irəliləyişin” olmadığını qeyd edib.
Təbii ki, biz prezident Trampın verdiyi bütün bəyanatlara çox diqqətlə yanaşırıq. Söhbət zamanı prezident Putin təkrarladı ki, biz məqsədlərimizə çatmaqda maraqlıyıq və bunu siyasi eləcə də diplomatik yollarla etmək daha məqsədəuyğundur, lakin bu mümkün olmasa da, biz xüsusi əməliyyatımızı davam etdiririk.
Deyim ki, Peskov bunu RBC müxbiri ilə söhbətində deyib....
Əli Babayev
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.