AZ

Vladimir Putinin Donald Trampla danışığından sonra Rusiya raketləri Kiyevi bombardman etdi

Ukraynanın xarici işlər naziri Andrey Sıbiqa Rusiyanın iyulun 4-də Kiyevə kütləvi hücumu ilə bağlı danışıb. Onun sözlərinə görə, Rusiya diktatoru Vladimir Putin bunu qəsdən edir: “Kiyevdə tamamilə dəhşətli və yuxusuz gecə.

Ən pis gecələrdən biri. Yüzlərlə rus pilotsuz təyyarəsi və ballistik raketləri Ukrayna paytaxtına düşüb. Putin bunu prezident Trampla danışdıqdan dərhal sonra və ğzü də məqsədli edir. Gözləməyi dayandırın! Putin ABŞ-a və müharibəni dayandırmağa çağıran hər kəsə tam saymazyana münasibətini açıq şəkildə nümayiş etdirir”, – Sibiqa sosial şəbəkəsində yazıb.

Nazir həmçinin Rusiyaya qarşı “ən sərt sanksiyaların” tətbiqinə, Ukraynanın özünümüdafiə üçün bütün lazımi vasitələri almasına çağırıb: “Yanlış qərarlar təcavüzkarı yalnız terroru gücləndirməyə sövq edə bilər. Hazırda dünyanın bütün kriminal rejimləri Putinin hərəkətlərini və onlara reaksiyasını diqqətlə izləyir. O, bütün bunlardan qurtulsa, hamı çox aydın siqnal alacaq. Sülhü gözləməyi dayandırın. Sülhə nail olmaq üçün hərəkət edin. Sülhə güc yolu ilə çatmaq olar”, – diplomat əlavə edib.

//Samir Qurbanov, Editor.az

Seçilən
4
16
editor.az

10Mənbələr